Meksikada “Otis” qasırğası nəticəsində 27 nəfər ölüb, 4 nəfər itkin düşübbackend

Meksikada “Otis” qasırğası nəticəsində 27 nəfər ölüb, 4 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən Sakit Okeanın “Otis” qasırğasının Meksika ərazisindən keçməsi nəticəsində azı 27 nəfər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Rosa İsela Rodriqes bildirib.

O deyib ki, Gerrero əyalətinin hökuməti tərəfindən verilən hesabatlara görə 27 nəfər ölüb, 4 nəfər itkin düşüb.

“Otis” qasırğası gecə saatlarında Akapulko şəhəri yaxınlığında olub. Qeyd olunur ki, qasırğa daxilində küləyin maksimal sürəti 75 m/s-ə çatıb.