Filmlərdəki məşhur fəndi təkrarlamaq istədi, həyatından oldu – VİDEObackend

Filmlərdəki məşhur fəndi təkrarlamaq istədi, həyatından oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən kinolarda filmin qəhrəmanı nəqliyyat vasitəsini son sürətlə sürərək açılmış körpüdən, dağılmış yoldan və sair bu kimi yerlərdən keçir. Lakin çox zaman tamaşaçılar bu fəndlərin kaskadyorlar tərəfindən və müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra həyata keçdiyini unudaraq, özləri etməyə çalışırlar.

Rusiyada belə bir “qəhrəmanlıq” ölümlə nəticələnib. Belə ki, Sankt-Peterburq şəhərində Neva çayı üzərində gəminin keçməsi üçün açılan körpüdə faciə yaşanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə “47channel” xəbər yayıb.

Məlumata görə, motosiklet sürücüsü qalxan müdafiə baryerini və işıqforun qadağan siqnalına, həmçinin bələdçinin bütün səylə xəbərdarlığına baxmayaraq, açılan körpüdən keçmək istəyib, amma çaya yıxılıb. O, elə hadisə yerindəcə həyatını itirib.

Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

oxu.az