Financial Times: Avropa Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edəcəkbackend

Financial Times: Avropa Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün gələn həftə Azərbaycanla danışıqlar aparacaq.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və burada Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

“Biz danışıqlarda Azərbaycanın Avropaya qaz tədarükünün şaxələndirilməsində rolunun müzakirə olunacağını gözləyirik”, – deyə mənbə bildirib.

Azərbaycan hazırda Avropaya təxminən 16 milyard kubmetr qaz ixrac edir ki, bunun da 10 milyardı Türkiyəyə, qalanı isə İtaliya, Bolqarıstan və Yunanıstana gedir.

Azərbaycan qazının Avropaya tədarükünün mümkün artırılması ilə bağlı müzakirələr Ukrayna ətrafında yaranmış böhranla bağlı Aİ və Rusiya arasında yaranmış gərginliyə görə intensivləşib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, Almaniya hakimiyyəti Rusiyanın Ukraynaya “işğal edəcəyi” təqdirdə “Şimal axını-2” boru kəmərinə sanksiyalar tətbiq etməyə hazırdır.