Finlandiyada 4 siyasi partiya koalisiya danışıqları üçün bir araya gələcəkbackend

Finlandiyada 4 siyasi partiya koalisiya danışıqları üçün bir araya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 2-də Finlandiyada keçirilən seçkilərdə birinci yeri tutan Milli Koalisiya Partiyasının lideri Petteri Orpo gələn həftə Real Finlər Partiyası, İsveç Xalq Partiyası və Xristian Demokratlar Partiyası ilə hökumət qurmaq üçün danışıqlara başlayacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Finlandiyanın “YLE” xəbər agentliyinin məlumatına görə, Orpo parlamentdə çoxluğu təmin etmək üçün ya keçmiş baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası, ya da sağçı Həqiqi Finlər Partiyası ilə ittifaq yaratmalıdır.

Orpo, “Sosial demokratların cari problemlərin həlli ilə bağlı bizdən fərqli baxışı var. Ona görə də hazırda danışıqlarda iştirak etməyəcəklər” deyərək açıqlama verib.

NOCOMMENT.AZ