Finlandiyadan Ukraynaya 16-cı dəstək paketibackend

Finlandiyadan Ukraynaya 16-cı dəstək paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti Ukraynaya edilən yardımlar çərçivəsində 16-cı müdafiə dəstək paketinin göndəriləcəyini açıqlayıb.

NOCOMMENT.az Finlandiya hökumətindən verilən yazılı açıqlamada yardımın Finlandiya prezidenti Sauli Niinistö tərəfindən təsdiqləndiyi bildirilib.

“Yardım, digər şeylərlə yanaşı, zenit silahları və sursatları da əhatə edir. Bu yardımın Finlandiyaya 109 milyon avroya başa gələcəyi təxmin edilir” deyə açıqlamada qeyd olunub.

Bəyanatda fikirlərinə yer verilən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen, “Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək” ifadələrini bildirib.

NOCOMMENT.AZ