Fitch: Bu il SOCAR-ın investisiyalarının həcmi bir milyard dollara çatacaqbackend

Fitch: Bu il SOCAR-ın investisiyalarının həcmi bir milyard dollara çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə SOCAR-ın öz birgə müəssisələrinə 800 mln. dollardan artıq investisiya yatıracağını proqnozlaşdırır.

NOCOMMENT.az-ın agentliyə istinadən verdiyi məlumata görə, neft şirkətinin 2019-2022-ci illər ərzində kapital xərcləri 12 mlrd. dollardan artıq olacağı gözlənilir. Agentlik güman edir ki, SOCAR-a dövlət tərəfindən olan dəstək bu dövr üzrə də davam edəcək.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (İDR) və emitentin təmin edilməmiş borc reytinqini “BB+” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “stabil”dən “mənfi”yə endirib.

Reytinq üzrə proqnozun “mənfi”yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli İDR üzrə proqnozun “stabil”dən “mənfi”yə endirilməsi olub.