Flora Kərimova: O cür kişinin cəsədi belə torpağa haramdırbackend

Flora Kərimova: O cür kişinin cəsədi belə torpağa haramdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu nə faciədir millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq. Savadsız, valideyn tərbiyyəsi görməyən, adını “kişi” qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək?”.

NOCOMMENT.az bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə məruz qalması ilə bağlı hadisəyə münasibət bildirərkən qeyd edib.

Xalq artisti baş verən hadisəni faciə adlandırıb:

“Bunun kimilərini ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!

İndi də bu körpə… Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Sənin müdafiəni vicdanı olan vəkil götürməz. Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu?

Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdəndir. Nə qədər faciələr fitvalara qurban edilib, “halaldır” deyib ört-basdır edilib”.