Flora Kərimovadan Afətə sərt sözlər: Hazırlaş…backend

Flora Kərimovadan Afətə sərt sözlər: Hazırlaş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Flora Kərimova sosial şəbəkədə müğənni Afət Fərmanqızı barədə yeni paylaşımı ilə diqqət çəkib.

NOCOMMENT xəbər verir ki, Afət Fərmanqızı İnstaqramda bu sözləri yazıb:

“İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rustəmov sənə bunun səbəbini izah etməli idi. Afət, bundan sonra ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il öncə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən.

Sənə çörək verəni öz canlında söyüb, günahlandırırdın ki, bizləri pul verib xaricdə yaşayanlara söydürür. Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də ad-soyadını danmayan kişi deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun. Gülməli və yazıqsan. Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar. Bir yalvarışını cavabsız qoymayacağam. Dedin, qorxmursa, versin məhkəməyə, cinayət işin icradadır. Polis axtarışındasan! Dedin, başqa rayon məhkəməsinə gələrəm, mülki işin Nərmanov Rayon Məhkəməsində ekspertizadadır.

Övladıma və mənə atdığın son yalan-böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın həyatı sənə elə orda başa salacağam. 290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan quyruqlarını, nə də Nanacanov buradan Ufaya qədər arxasınca sürünən “buynuzları” görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən “oliqarx ərinə” oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda “Qazel”lə Bakıya yola salacaq!”