“Formula-1”in növbəti ev sahibi açıqlandıbackend

“Formula-1”in növbəti ev sahibi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula-1” üzrə dünya çempionatında mövsümün 16-cı yarışı İtaliyada keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın Monza şəhəri yaxınlığında yerləşən “Autodromo Nazionale Monza” trekində sentyabrın 10-da sərbəst yürüşlər və təsnifat mərhələsi olacaq. Sentyabrın 11-də isə əsas yarış start götürəcək.

Yarış 5,7 kilometrlik trekdə 53 dövrədən ibarət olacaq.

Qeyd edək ki, builki mövsümdə indiyədək “Red Bull” pilotu Maks Ferstappen 10, “Ferrari” pilotu Şarl Lekler 3 dəfə qalib olub. “Red Bull” pilotu Serxio Peresin və “Ferrari” pilotu Karlos Saynsın isə hərəsi bir dəfə qələbə qazanıb.