Fransa Nigerdəki səfirliyini bağlayırbackend

Fransa Nigerdəki səfirliyini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ordunun hakimiyyətə keçməsindən bəri diplomatik böhranlar yaşadığı Niameydəki səfirliyini bağlayır.

NOCOMMENT.az xəbər verir ki, Fransa səfir Silvain İttenin sentyabrın 27-də ölkəni tərk etməsindən sonra Niamey səfirliyini bağlamaq qərarına gəlib.

Səfir İttenin əməkdaşlarına göndərdiyi 19 dekabr tarixli məktubda bildirilirdi ki, “Nigeriya hakimiyyətinin məhdudiyyətləri səbəbindən səfirlik öz vəzifələrini yerinə yetirə bilməyib”.

Məktubda Itte, Niger səlahiyyətlilərindən səfirliyin normal fəaliyyətini davam etdirməsini xahiş etdiyini, lakin cavabsız qaldığını və buna görə də səfirliyin dekabrın 22-dən qeyri-müəyyən müddətə bağlanacağını bildirib.