Fransa Nigerdəki səfirliyini növbəti xəbərdarlığa qədər bağladıbackend

Fransa Nigerdəki səfirliyini növbəti xəbərdarlığa qədər bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Niameydəki səfirliyini növbəti xəbərdarlığa qədər bağlayıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.

“Fransanın Nigerdəki səfirliyi növbəti bildirişə qədər bağlıdır. Səfirlik Parisdən fəaliyyətini davam etdirəcək”.

Mətndə diplomatların “Fransa vətəndaşları və qeyri-hökumət təşkilatları ilə əlaqə saxlayacaqları” bildirilir. “Konsulluq fəaliyyəti Fransanın bölgədəki konsulluqları tərəfindən həyata keçiriləcək”, – XİN yekunlaşdırıb.