Fransa XİN-in əməkdaşı Qəzza zolağında həlak olubbackend

Fransa XİN-in əməkdaşı Qəzza zolağında həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı Elia Toledano Qəzza zolağında bir evə endirilən hava zərbəsi nəticəsində həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fransa XİN öz saytında məlumat yayıb.

28 yaşlı Toledano İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərini bombalaması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Diplomat Fransa Baş Konsulluğundan olan həmkarlarının evinə sığınıb. Evə hücum nəticəsində onadək adam həlak olub.