Fransa AB-nin bu qərarına qarşıdırbackend

Fransa AB-nin bu qərarına qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Avropa İttifaqının Fələstin əhalisinə yardımının dayandırılmasına qarşıdır. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .

“Biz Fələstin xalqına birbaşa yardımın dayandırılmasını dəstəkləmirik. Dünən biz bunu Avropa Komissiyasına açıqladıq”, – agentlik xarici işlər nazirliyindən sitat gətirib.

Bundan əvvəl, oktyabrın 9-da Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi Fələstinə 691 milyon avroluq yardımın dondurulduğunu elan edərək, “bütün ödənişlərin dayandırılacağını, bütün layihələrə yenidən baxılacağını” vurğulamışdı.