Fransada bomba həyəcanı: 8 məktəb boşaldıldıbackend

Fransada bomba həyəcanı: 8 məktəb boşaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın İzere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik perimetri yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.

Qubernatorluq xəbərlərin real və ya əsassız olması ilə bağlı hələlik heç bir məlumat paylaşmayıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, ilin əvvəlindən bu yana ölkədə 160 məktəbə qarşı yalançı bomba təhdidləri edilib.

Dünən həmin şəhərdəki orta məktəbdə yalandan bomba hədəsi edilib və hadisə ilə bağlı 12 yaşlı uşaq saxlanılıb.