Fransada “insan alveri” şübhəsi ilə saxlanılan təyyarə Hindistana eniş etdibackend

Fransada “insan alveri” şübhəsi ilə saxlanılan təyyarə Hindistana eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)-Nikaraqua reysini həyata keçirərkən yanacaq doldurmaq üçün dayandığı Fransada 4 gün saxlanılan və sərnişinlərinin əksəriyyəti Hindistan vətəndaşları olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib.

NOCOMMENT.az xəbər verir ki, Hindistan mətbuatında yayılan xəbərlərə görə, Fransanın 4 gün sonra havaya qalxmağa icazə verdiyi təyyarə 27 sərnişini Fransada buraxaraq 276 sərnişinlə Mumbaya enib.

Sərnişinlərdən 25-nin “sığınacaq” üçün müraciət etdiyi, 2-nin isə “insan alveri” şübhəsi ilə dindirilmək üçün bu ölkədə qaldığı qeyd edilib.

Fransanın sözügedən təyyarənin dünən havaya qalxmasına icazə verdiyi bildirilib.