Fransada təcili yardım böhranıbackend

Fransada təcili yardım böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Brittany bölgəsində bir xəstəxananın təcili yardımının bir gecədə bağlanmasına etiraz edən nümayişçilər katapultlarla hücuma keçiblər.

NOCOMMENT.az xəbər verir ki, Brittany bölgəsinin Quimper şəhərinin qubernatorluğu qarşısında toplaşan yüzlərlə insan gecə saatlarında şəhərə 1 saat məsafədə yerləşən Carhaix xəstəxanasının təcili xidmətinin bağlanmasına etiraz ediblər. Keçmiş prezidentliyə namizəd Philippe PoutouCarhaix Bələdiyyə Başçısı Kristian Troadec kimi siyasətçilər də daxil olmaqla nümayişçilər Carhaix Xəstəxanasının təcili yardım otağının hər gün və fasiləsiz olaraq açıq olmasını tələb ediblər.

Polislə etirazçılar arasında dava baş verib, təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı ilə müdaxilə edərək onların qubernator binasına yaxınlaşmasına mane olub.

Nümayişdə iştirak edən siyasətçilər qubernatorluq rəsmiləri ilə təxminən 2 saat görüşsə də onların tələblərinə müsbət cavab verilməyib. Sentyabrın 28-də Carhaix xəstəxanasının təcili yardım şöbəsi bağlı olduğu halda vaxtında müdaxilə oluna bilmədiyi üçün 6 aylıq körpənin öldüyü iddia edilir. Xəstəxana rəhbərliyi körpənin öldüyünü təsdiqləsə də, vaxtında müalicə olunmadığı üçün körpənin öldüyü iddiasını təkzib ediblər.

Qeyd edək ki, Carhaix Xəstəxanasının təcili yardım otağı sentyabrın 4-dən saat 18.30-dan 08.30-a qədər bağlanıb. Yalnız təcili tibbi yardım qruplarını çağırdıqdan sonra təcili yardıma gələn xəstələr qəbul edilir.