FSB hərbi obyektlər barədə məlumat ötürən şəxsi saxladıbackend

FSB hərbi obyektlər barədə məlumat ötürən şəxsi saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FSB əməkdaşları Rusiya Müdafiə Nazirliyinin obyektlərinin yerləşdiyi yer barədə məlumatları Ukrayna millətçi təşkilatına ötürməkdə şübhəli bilinən Moskva vilayətindən olan şəxsi saxlayıblar. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a FSB məlumat verib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çuvaş Respublikasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin 4-cü Xidmətinin “K” idarəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva vilayətindən olan, 1999-cu il təvəllüdlü şəxs müəyyən edilib. Barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işində iştirak edən şəxsin Ukrayna millətçi təşkilatlarından birinin tərəfdarı olduğunu hesab edirlər: “İstintaqın məlumatına görə, şübhəli şəxs Rusiya Müdafiə Nazirliyinin obyektlərinin, Moskva və Kaluqa vilayətlərində yerləşən sənaye müəssisələrinin yerləşdiyi yer barədə məlumatı  Ukrayna millətçi təşkilatının nümayəndələrinə ötürüb”.

FSB onu da müəyyən edib ki, 2023-cü ilin yanvarından dekabr ayına kimi cinayət işində iştirak edən şəxs öz fəaliyyətini maliyyələşdirmək üçün Ukrayna silahlı birləşmələrinə vəsait köçürüb. 

Cinayət işi üzrə istintaq davam edir.