Füzuli Ələkbərovun həyat yoldaşı koronavirusdan dünyasını dəyişdibackend

Füzuli Ələkbərovun həyat yoldaşı koronavirusdan dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova ağır itki üz verib.

NOCOMMENT.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazirin həyat yoldaşı İradə Ələkbərova ötən gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhum bu gün dəfn edilib.

Xatırladaq ki, F. Ələkbərovun anası bir neçə gün öncə koronavirusdan vəfat edib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.