Gələn həftə Azərbaycan heyəti Ermənistana gedə bilərbackend

Gələn həftə Azərbaycan heyəti Ermənistana gedə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 21 və 22-də İrəvanda keçiriləcək “Avronest”in Siyasi Məsələlər, İnsan Haqları və Demokratiya, eləcə də Enerji Təhlükəsizliyi Komitələrinin iclasında Azərbaycanın iştirakı bəlli deyil, lakin gəlmə ehtimalları yüksəkdir”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzetinin sorğusuna cavab olaraq “Avronest”in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan deyib.

Bildirilir ki, iclas İrəvanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək.

Qəzetin Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin ayrıca nahar və ya şam edəcəklərinə dair sualına isə Karapetyan sərt reaksiya verib: “Belə bir şey yoxdur”.

Qeyd edək ki, 14 fevralda Ermənistan-Azərbaycan dəmiryolunun bərpası proqramının işçi qrupunun rəhbəri, Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan hər iki tərəfin hazırlayacağı layihə barədə məlumat verib. O bildirib ki, təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların nəticələri əsasında layihə hazırlanacaq.