Gəncə: Ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar varbackend

Gəncə: Ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

NOCOMMENT-in məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.