Gəncənin icra başçısının ŞOK ƏMƏLLƏRİ – FOTOFAKTbackend

Gəncənin icra başçısının ŞOK ƏMƏLLƏRİ – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarətindəki müəssisə 10 manatlıq şirkətə 212 min AZN köçürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Sahib Sultanov adlı şəxsin musavat.com-un poçtuna göndərdiyi məktubda öz əksini tapıb.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Xüsusi geyim formasının satınalınması ilə bağlı elan etdiyi tenderdə qalib məlum olub.

“Əldə etdiyimiz məlumata görə, tenderdə qalib olan müəssisə “GLOBAL OILFIELD SOLUTIONS” MMC-dir. Beləliklə, hər iki tərəf arasında 212.588,8 AZN-lik müqaviləyə imza atılıb. İşin qəribə tərəfi isə odur ki, 21.11.2019 tarixində dövlət qeydiyyatına alınan “GLOBAL OILFIELD SOLUTIONS” MMC-nin nizamanmə kaptalı cəmi 10 AZN-dir. Qanuni təmsilçisi isə Kərimova Günel Novruz qızıdır” – S.Sultanov qeyd edib.

Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xüsusi nəzarətindədir. Birliyə təyinat işləri məhz onun sərəncamı ilə həyata keçirilir.