Gəzinti gəmisi batdı: ölənlər varbackend

Gəzinti gəmisi batdı: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalındakı Maggiore gölündə turist gəmisinin batması nəticəsində 4 nəfər ölüb.

NOCOMMENT xəbər verir ki, İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, ölkənin şimalındakı böyük göllərdən biri olan Sesto Calenda və Arona şəhərləri arasında yerləşən Maggioredə turist gəmisi əlverişsiz hava şəraiti səbəbiylə çevrilib. Hadisə zamanı həyatını itirən 4 nəfərin cəsədi təhlükəsizlik qüvvələri tərəfindən göldən çıxarılıb.

Qayıqda sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 24 nəfərin olduğu, 20 nəfərin isə ətrafdakı qayıqlar tərəfindən xilas edildiyi və ya sahilə üzdüyü bildirilib.Qayıqda olan şəxslərin ad günü mərasiminə toplaşdığı qeydə alınıb.

İsrail Xarici İşlər Nazirliyi də ölənlər arasında 50 yaşlı İsrail vətəndaşının olduğunu açıqlayıb.