Suriyada bomba yüklü motosiklet partladı: Ölənlər varbackend

Suriyada bomba yüklü motosiklet partladı: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın paytaxtı Dəməşqdə partlayış olub.

NOCOMMENT.az xəbər verir ki, Dəməşqin rəsmi xəbər agentliyi olan SANA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, axşam saatlarında Dəməşqin Seyyide Zeyneb bölgəsində motosikletə yerləşdirilən bomba partlayıb.

Partlayış nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib.

Xəbərdə hadisə yerinə polis, xilasetmə qrupları və təcili yardım maşınlarının göndərildiyi bildirilib.

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

İranın dəstəklədiyi xarici terrorçu qruplar paytaxt Dəməşqin Seyyid Zeynəb bölgəsində cəmləşib.