Girov götürülən türkiyəli dənizçilər xilas edildibackend

Girov götürülən türkiyəli dənizçilər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.

Qeyd edək ki, hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb.