Google-un qurucusu Puerto-Rikoda şəxsi ada alıbbackend

Google-un qurucusu Puerto-Rikoda şəxsi ada alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google-un həmtəsisçisi Larri Peyc 2018-ci ildə Puerto Rikodakı şəxsi Kayo Norte adasını gizli şəkildə 32 milyon dollara satın alıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Business Insider tərəfindən öyrənilən sənədlər sübut edir.

Peyc adanı əvvəllər milyarderə məxsus olduğu müəyyən edilən ABŞ Virgin Island Properties adlı məhdud məsuliyyətli şirkət vasitəsilə alıb. Peyc və onun həyat yoldaşı Lyusinda Sautvort bu şirkətin qəyyumları və benefisiar sahibləridir.

Kayo Norte alqı-satqısına adanın böyük hissəsi 28,7 milyon dollara, daha kiçik hissəsi isə 3,4 milyon dollara, ümumi əməliyyat qiyməti 32 milyon dollardan bir qədər çox olub.