Güclü yağış daşqın və torpaq sürüşməsinə səbəb oldubackend

Güclü yağış daşqın və torpaq sürüşməsinə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın cənubunda Aralıq dənizinin ən böyük adası olan Siciliyada yerləşən Mellinada güclü yağış həyatı mənfi təsir edib.

NOCOMMENT.az xəbər verir ki, Mellinanın Antillo və Furci qəsəbələrində gün ərzində təsirli olan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

Ölkənin şimal-şərqində yerləşən Emiliya-Romanyada güclü yağış nəticəsində çay və dərələr daşıb.

Xilasedicilər seldə qalmış bir sürücünü nərdivan vasitəsilə nəqliyyat vasitəsindən çıxarıb və su basmış qu quşunun yuvasını təhlükəsiz əraziyə daşıyıblar.

Həddindən artıq quraqlığın yaşandığı ölkədə yağan leysan yağışlar nəticəsində bəndlərdəki suyun səviyyəsi yüksəlib.

NOCOMMENT.AZ