Qazax Dövlət Sosial-İqtisad Kollecinə yeni direktor təyin olunub.
NOCOMMENT.az xəbər verir ki, bu bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gülnar Qəhrəmanova adıçəkilən təhsil müəssisəsinin direktoru vəzifəsinə gətirilib.
Yeni təyin olunan direktor artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, G.Qəhrəmanova bundan əvvəl Ağstafa rayon Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.\\yenisabah










