Gürcü müğənni Qarabağda klip çəkdirdibackend

Gürcü müğənni Qarabağda klip çəkdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanlı müğənni Veriko Turaşvili Azərbaycan mahnılarından ibarət albom üzərində işləyir.

NOCOMMENT.az xəbər verir ki, müğənni Report-a açıqlamasında albom üçün “Laçın”, “Sarı gəlin” mahnılarını Azərbaycan və gürcü dillərində yazdırdığını bildirib.

O qeyd edib ki, Şuşada və Laçında onlar üçün klip də çəkdirib:

“Azərbaycana gəldiyimə çox sevinirəm. Azərbaycan xalqını, onun mədəniyyətini, musiqi sənətini sevirəm. Azərbaycanla məni musiqi telləri bağlayır”.

Erməni işğalından azad olunmuş Cəbrayıla səfəri barədə danışan müğənni həmin bölgədəki dağıntılardan dəhşətə gəldiyini bildirib:

“Bunları görmək çox ağırdır. Ümid edirəm ki, bir daha belə hallar baş verməz, sülh və əmin-amanlıq olar”.