Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlanıbbackend

Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti prezident Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Hakim Gürcü Arzusu Partiyasının prezidenti və deputat İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili də daxil olmaqla ümumilikdə 80 deputatın imzaladığı petisiyanın Konstitusiya Məhkəməsi tərəfindən araşdırılacağı qeyd edilən bəyanatda “İş Konstitusiya Məhkəməsinin Baş Məclisinə verilib. O, bir ay ərzində məsələyə qiymət verib, nəticəsini parlamentə təqdim edəcək” deyə qeyd edib.

Zurabişvilinin yalnız öz qərarı ilə Avropaya görüşlər keçirməyə getdiyini əsas gətirən Kobaxidze, prezidentin konstitusiyanı pozduğunu əsas gətirərək ona qarşı impiçment prosesi üçün hərəkətə keçdiklərini bildirib. Konstitusiyaya görə, Gürcüstan prezidentinə qarşı impiçment prosesinin başlanması üçün 150 nəfərlik parlamentdə 50 deputatın imzası, prosesi başa çatdırmaq üçün isə 100 deputatın dəstəyi lazımdır. Müvafiq olaraq, parlamentdə cəmi 84 mandata sahib olan hakim “Gürcü arzusu” partiyasının müxalifət partiyalarından dəstək alması lazım gələcək.