“Müxalifət əhalinin dəstəyini itirib” – İrakli Kobaxidzebackend

“Müxalifət əhalinin dəstəyini itirib” – İrakli Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze bildirib ki, müxalifət əhalinin dəstəyini itirib və buna görə də ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Kobaxidzenin fikrincə, müxalifətin hətta zorakılıq yolu ilə də hər hansı uğura nail olmaq üçün resursları yoxdur. Ölkənin Nazirlər Kabinetinin rəhbəri hesab edir ki, hökumət əleyhinə olan qüvvələr əhalinin gözündə özlərini tamamilə nüfuzdan salıblar.

Baş nazir vurğulayıb ki, hazırda müxalifətin ümumi reytinqi 2021-ci ildə yerli hakimiyyət orqanlarına seçkilər zamanı olduğundan iki dəfə aşağıdır.

Kobaxidze öz sözlərini təsdiqləyərək bildirib ki, hakim “Gürcü arzusu” partiyasını Gürcüstan əhalisinin 60% — dən çoxu, əsas müxalif “Vahid Milli Hərəkat” partiyasını isə cəmi 10% dəstəkləyir.