Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı məlum olubbackend

Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

NOCOMMENT xəbər verir ki, onların 2-si – Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçiliblər.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Mili Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.