İlin əvvəlindən etibarən çalışdıqları şirkətdən əməkhaqlarını ala bilmirlər.
NOCOMMENT.az xəbər verir ki, bu problemlə Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız üzləşiblər. Onlar bildirirlər ki, çalışdıqları “Arki” şirkətindən cəmi bir dəfə avans alıblar, bəziləri isə 3 aydan çoxdur işləsələr də, ümumiyyətlə əməhaaqqı almayıblar. Bu gün-sabah deyilə deyilə yubadılan maaş ödənilməyib. Pul verəcək şəxsin isə qovulduğu bildirilib:
İşçilər əməkhaqqlarını tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək gördükləri işi bəyənmədiklərini bildiriblər.
İddialarla bağlı “Arki” şirkətindən bildirildi ki, işçilərin əməkhaqqı ödənilib. Tələb olunan əlavə məbləğ isə bəzi işlərdəki qüsurlar düzəldildikdən sonra ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









