Gürcüstanda TERROR HƏYƏCANI – Araşdırma aparılırbackend

Gürcüstanda TERROR HƏYƏCANI – Araşdırma aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən məktəblərdə kütləvi terror aktlarının planlaşdırılması barədə məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı teleqramda yeni yaradılan kanal paylaşıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı araşdırma aparır

 Antiterror tədbirlərinin həyata keçirilməsi zamanı partlayıcı qurğular aşkar edilməyib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir, deyə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, daha əvvəl bu cür məlumatların yayılması ilə bağlı analoji hadisə Azərbaycan, Qazaxıstan və Ermənistanda da qeydə alınıb. Məlumatlar daha sonradan öz təsdiqini tapmayıb.