Hacı Şahin həkim səhlənkarlığının qurbanı olub?backend

Hacı Şahin həkim səhlənkarlığının qurbanı olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Məlumatlara görə, onun ürəyində stend olub. TƏBİB-in rəsmi açıqlamasında isə bildirilir ki, Şahin Həsənli ölümündən bir gün öncə – martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Bu fakt Hacı Şahinin vəfatı ilə bağlı müəyyən sualları da yaradır. İlahiyyatçının ölümündə həkim səhlənkarlığının rolu ola bilərmi?

Mütəxəssislərin fikrincə, ürəyinə stend qoyulmuş xəstə daim həkim nəzarəti altında olmalıdır. Bu baxımdan, Hacı Şahinin həkimə müraciət etməsindən bir gün sonra vəfat etməsi şübhələr doğurur.

NOCOMMENT Publika.az-a istinadən xəbər verir ki, kardioloq Sevil Tərlanova bidlirib ki, ürəyinə stend qoyulmuş xəstə altı ay müddətinə ciddi nəzarətdə olmalıdır.

“Qan durulaşdırıcı, xolesterin əleyhinə dərmanlardan mütləq istifadə edilməlidir. Xəstəyə stend qoyulmamışdan öncə onun infarkt keçirib-keçirmədiyi müəyyən olunmalıdır.

Əgər xəstə infarkt keçirməyibsə, stend qoyulur. Bu zaman xəstələr daha tez reabilitasiya olurlar”.

Kardioloq bildirib ki, insan infarkt keçirdikdən sonra stend qoyulursa, artıq bu xəstə risk qrupuna aiddir.

“Bu xəstələr mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Stend qoyulduqdan 6 ay sonra, təkrar anju olunmalıdır. Exokardioqramma ilə ürəyin yığılma qabiliyyəti ölçülməlidir ki, təkrar infarkt riski olmasın.

Bəzi həkimlərimiz elə bilirlər ki, infarkt olmamış xəstəyə stend qoymaq olmaz. Amma bu, belə deyil. Stend infarkt riskini minimuma endirir. İnfarkt keçirəndən sonra qoyulan stendlərdən keyfiyyət aşağı düşür, dərmanlardan asılı olur”.

Həkimin sözlərinə görə, ikinci əsas məsələ isə xəstə stend qoyulana qədər hansı vəziyyətdə olub bunu müəyyənləşdirmək lazımdır. Xəstədə yüksək xolesterin, şəkər varsa, stendlər tez-tez tutulur. Bu zaman kardioloqla yanaşı endokrinoloq nəzarəti də olmalıdır.

“Birinci tip şəkər xəstələrində stenddən sonra ölüm riski 80 faiz, ikinci tip də isə 60 faiz olur.

Bu tip xəstələr əgər özlərini narahat hiss edirlərsə, həkim onları bəzi analizlərdən keçirməlidir. Əgər analizlər təmizdirsə, xəstə evə buraxıla bilər”.