Hacı Şahinin heykəlinin müəllifi kimdir? — AÇIQLAMAbackend

Hacı Şahinin heykəlinin müəllifi kimdir? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəlinin fotosu yayılıb.

Həmin foto cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri heykəlin Hacı Şahinə bənzəmədiyini bildiriblər.

Bəs heykəlin müəllifin kimdir? Onun harada qoyulması planlaşdırılıb?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə Hacı Şahinin köməkçisi Qədir Sadatxanovla əlaqə saxlanılıb.

O, Bakupost.az -a bu heç bir məlumatının olmadığını dedi:

“Mən də fotonu sosial şəbəkələrdə gördüm. Heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.