Hacıqabulda ağır qəza – İki ölü, beş yaralı – FOTObackend

Hacıqabulda ağır qəza – İki ölü, beş yaralı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, iki “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə, iki nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölənlərdən biri Saatlı sakini, 62 yaşlı Ağayev Güləhməd Xanaəhməd oğludur. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılar kənd sakinləri, 25 yaşlı Quliyeva Esmira Nadir qızı, 5 yaşlı Bayramov Hüseyn Mövsüm oğlu, 41 yaşlı Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 53 yaşlı Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 61 yaşlı Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.