Bir neçə gün əvvəl sosial mediada Bakının Ağ Şəhər qəsəbəsində inşa olunan yeni binanın katlavanının uçmasına dair görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, Gununsesi.info–nun araşdırması zamanı məlum olub ki, uçqun “Park Hill” adlı layihənin aid olduğu inşaatda baş verib.
Ağ Şəhərdəki əsas ana yola bitişik ərazidə aparılan inşaat zamanı torpaq sürüşməsi baş verib. Nəticədə yola bitişik səki hissəsi də uçquna məruz qalıb.
Araşdırmamız zamanı Ağ Şəhərdə aparılan bu tikintinin sahibi bəlli olub.
Məlum olub ki, “Park Hill” layihəsinin sahibi SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur.

Qeyd edək ki, Mikayıl İsmayılov ölkə daxili ilə yanaşı, həm də xaricdə iri biznes strukturlarının sahibi kimi tanınır.











