Ağdamda ağır qəza: 4 piyada vuruldu

Ağdamda ağır qəza: 4 piyada vuruldu

Ağdamda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ"2106 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yol kənarında olan 4 nəfəri vurub.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.