Ağdaşda avtomobil iki qadını vurub öldürdü

Ağdaşda avtomobil iki qadını vurub öldürdü

Ağdaşda baş verən qəzada iki piyada ölüb.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçən iki qadını vurub. Onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır. Onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.