Azərbaycanda kuryoz hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, oxu.az-a bu barədə Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat veriblər.
Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.
Şəhər sakinləri bu hala biganə qalmayıb və öz hesablarına abidəni yenidən bərpa ediblər.












