Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB

Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB

Dünən yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.

"Zəlzələnin dəqiq proqnozu olmadığına və ərazimizin aktiv regionda olmasını nəzərə alaraq birmənalı şəkildə zəlzələ olacaq yoxsa olmayacaq?- kimi fikir söyləmək çətindir. Xırda təkanlar həmişə var. Maqnitudası 3 və 3 dən böyük olan zəif zəlzələlərin vaxtaşırı qeydə alınması isə ərazinin seysmikliyi ilə bağlıdır. Yəni zəif zəlzələlərin narahatçılığı yoxdur", - deyə o qeyd edib./milli.az/