Sosial şəbəkələrdə yayılan görüntülərdən biri izləyicilərin diqqətini cəlb edib.
NOCOMMENT.az xəbər verir ki, kadrlarda 80 yaşlı qadının hovuzda məşq etdiyi anlar əks olunub. Onun gümrah görünüşü və enerjili hərəkətləri istifadəçilər arasında maraqla qarşılanıb.
Yaşlı xanım özünü sağlam və aktiv hiss etməsinin əsas səbəblərindən birinin müntəzəm olaraq hovuz məşqlərinə qatılması olduğunu bildirib. O qeyd edib ki, peşəkar məşqçilərin nəzarəti altında keçirilən məşqlər həm fiziki vəziyyətinə, həm də ümumi sağlamlığına müsbət təsir göstərir.
Qadının sözlərinə görə, su məşqləri ona özünü daha rahat və enerjili hiss etməyə kömək edir. O, hər gün aktiv qalmağa çalışdığını və bunun həyat keyfiyyətini artırdığını vurğulayıb.
Görüntülər sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çoxları xanımın həyat enerjisini və fəallığını nümunə göstərərək onun əzmkarlığını yüksək qiymətləndiriblər.











