Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
NOCOMMENT.az Globalinfo.az-a istinadla xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub.
Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb.
***
Dünən saat 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
TƏBİB-dən NOCOMMENT.az -a bildirilib ki, çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş – deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb.
***
APA-nın məlumatına görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
***22:38
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az–a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.












