Bakıda motosiklet sürücüsü azyaşlının həyatını TƏHLÜKƏYƏ ATIB - VİDEO

Bakıda motosiklet sürücüsü azyaşlının həyatını TƏHLÜKƏYƏ ATIB - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü azyaşlının həyatını təhlükə altına salıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlardan görünür ki, Aeroport şosesi ilə hərəkət edən motosiklet sürücüsü yüksək sürətlə və nəqliyyat axınının intensiv olduğu zolaqda hərəkət edib. Müzakirələrə səbəb olan əsas məqam isə motosikletin arxa oturacağında azyaşlı qız uşağının əyləşməsi olub.

Belə ki, uşağın başında hər hansı qoruyucu dəbilqə və ya digər təhlükəsizlik vasitələrinin olmaması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri sürücünün həm azyaşlının, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığını bildiriblər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, azyaşlı uşaqların bu formada motosikletlə daşınmasına yol verilmir.

Videogörüntünü təqdim edirik:



/oxu.az/