Bakıda qadına bıçaqla hədə-qorxu gəlib döydülər – ŞOK VİDEO

Bakıda qadına bıçaqla hədə-qorxu gəlib döydülər – ŞOK VİDEO

Bakıda bir qadın sosial şəbəkədə paylaşdığı videomüraciətdə anasının hücuma məruz qaldığını iddia edib.

NOCOMMENT.az bildirir ki, onun sözlərinə görə, hadisə iyulun 17-də saat 13:20 radələrində "28 May" metrostansiyası yaxınlığında yerləşən zoomağazada baş verib. İddia olunur ki, naməlum kişi əvvəlcə qadını bıçaqla öldürməklə hədələyib, daha sonra isə ona fiziki zorakılıq göstərərək üz və qabırğa nahiyəsinə bir neçə dəfə zərbə endirib.

Paylaşım müəllifi bildirib ki, anası hazırda güclü ağrılardan əziyyət çəkir. O, hadisəni törətməkdə şübhəli bilinən şəxsin hələ də tapılmadığını qeyd edərək, hüquq-mühafizə orqanlarından məsələnin araşdırılmasını və həmin şəxsin məsuliyyətə cəlb olunmasını istəyib.