Rusiya qüvvələri müharibənin başlanğıcından bəri Kiyevə qarşı ən böyük və intensiv ballistik raket hücumlarından birini həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, monitorinq kanallarının məlumatına görə, hücum təxminən 53 dəqiqə davam edib və bu müddət ərzində şəhərə 40-dan çox ballistik raket atılıb.
Gərgin hücum nəticəsində paytaxtın Lukyanivka ərazisində böyük yanğınlar qeydə alınıb. Raket zərbələri nəticəsində mühüm infrastruktur obyektləri, o cümlədən metro tuneli zədələnib. Hücumun vurduğu ziyan yaşayış binaları və həyətlərdə də ağır fəsadlara yol açıb.
Hadisə yerində xilasetmə və yanğınsöndürmə işləri davam edir.
Sara,











