Bakıda taxta bazarı yanır – FOTOLAR

Bakıda taxta bazarı yanır – FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.