"İran məsələsinə görə münasibətlərimiz korlanıb" - Melonidən danışdı

"İran məsələsinə görə münasibətlərimiz korlanıb" - Melonidən danışdı

ABŞ Prezidenti Donald Tramp jurnalistin onun "Truth Social" sosial şəbəkəsində İtaliyanın Baş naziri Ciorcia Meloni haqqında etdiyi və "məhkəmə qadağası" ifadəsini işlətdiyi dünənki paylaşımı ilə bağlı sualını cavablandırıb.

NOCOMMENT.az xəbər verir ki, jurnalistin "Dünənki paylaşımınızda Baş nazir Meloni haqqında 'məhkəmə qadağası' qeyd edərkən nəyi nəzərdə tutduğunuzu izah edə bilərsinizmi?" sualına Amerika lideri belə cavab verib:

"Yaxşı, bilmirəm. Əslində, mən onun yaxşı insan olduğunu düşünürəm. Hörmüz boğazı ilə bağlı bizə kömək etməkdən imtina etdikdən sonra münasibətlərimiz bir az korlandı. Yaxud daha sadə desək – o, İranla bağlı vəziyyətə müdaxilə etməkdən imtina etdi. Buna görə də onunla münasibətlərimiz bir qədər pisləşdi. Amma ondan xoşum gəlir. Həqiqətən də onun yaxşı insan olduğunu hesab edirəm. Sadəcə, mənim fikrimcə, o, səhvə yol verdi".

Əli Səfərli,
NOCOMMENT.az