Balıqçıların axtarışları davam etdirilir.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub.
Artıq FHN-nə məxsus helikopter ərazidə axtarışlara başlayıb.
***16:16 10.12.2205
Balıqçıların axtarışları davam etdirilir.
Video əlavə olunub

***13:39
Astara rayonunda dənizdə itkin düşən balıqçılarla bağlı yeni detal məlum olub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Həsənov Turan 20 gündür ailə həyatı qurub, Həsənov Ağadədə isə 5 gündür ata olub.
***12:10
Astara rayonunda dənizdə itkin düşən balıqçıların şəxsiyyəti müəyyənləşib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlu və 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğludur.
Onların ötən gecə Şahağac kəndi ərazisində balıq ovu məqsədilə dənizə çıxdıqları və geri qayıtmadıqları bildirilir.
Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən davam etdirilir.
***11:13
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə NOCOMMENT.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***10:36
Balıqçılar itkin düşüb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, ötən gecə axşam saatlarında FHN-nə Astarada iki nəfər balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-nin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.
Hazırda onların axtarışları davam etdirilir.













