Sumqayıt Tibb Mərkəzinin Sığorta təşkilatı və innovasiyalar departamentinə rəhbər təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, vəzifə Pərviz Avazlıya həvalə olunub.
Qeyd edək ki, P.Avazlı Mərkəzdə 2022-ci ildən çalışır. Belə ki, o, 2022-ci ildə qurumda sığorta mütəxəssisi, 2022-2024-cü illərdə Tibbi sığorta şöbəsinin müdiri, Sığorta təşkilatı və innovasiyalar departamentinin direktor müavini, 2025-2026-cı illərdə isə, Sığorta təşkilatı və innovasiyalar departamentinin icraçı rəhbəri vəzifələrində çalışıb.
Məlumat üçün deyək ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov ötən günlərdə vəzifəsindən azad edilib. E.Azadxanov 2022-ci ildən Mərkəzin direktoru idi./Plat.az/












